525.Az

Baş katib: “BMT və Türk Şurası arasında bir çox ortaq dəyər var”


 

Baş katib: “BMT və Türk Şurası arasında bir çox ortaq dəyər var”<b style="color:red"></b>

“Birləşmiş Millətlər Təşkilatı (BMT) və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) arasında bir çox ortaq dəyər var”.

APA-nın xəbərinə görə, bu, Türk Şurasının baş katibi Bağdad Amreyevin BMT-nin qurulmasının 74-cü ildönümü münasibətilə bu quruma ünvanladığı təbrik məktubunda əksini tapıb.

Baş katib bildirib ki, BMT sülh və təhlükəsizlik üçün beynəlxalq əməkdaşlıq, iqtisadi inkişaf və sosial tərəqqi, mübahisələrin sülh yolu ilə həlli, insan hüquqları və qanunun aliliyi ilə bağlı məsələlərin həllində mərkəzi və əvəzedilməz forum olaraq qalır və bütün bunlar dövlətlər arasında dialoq, əməkdaşlıq və konsensus quruculuğuna əsaslanır.

“Türk Şurasının təsis müqaviləsi olan Naxçıvan Sazişinin preambulasında Üzv Dövlətlər BMT Nizamnaməsində göstərilən məqsəd və prinsiplərə sadiq olduqlarını bir daha təsdiqləyiblər və Şuranın əsas məqsədinin Türkdilli Dövlətlər arasında hərtərəfli əməkdaşlığı dərinləşdirmək olduğunu qeyd etməklə yanaşı regional, qlobal sülh və sabitliyə töhfə verəcəklərini vurğulayıblar. Qurum həyata keçirdiyi bütün layihələrdə və fəaliyyətlərdə bu istiqamətə doğru irəliləyir”, - deyə məktubda qeyd olunub.

B. Amreyev deyib ki, Türk Şurası beynəlxalq təşkilat olaraq BMT və onunla əlaqəli ixtisaslaşmış qurumlar – BMT-nin İnkişaf Proqramı (BMTİP), BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Cənub-Cənub Əməkdaşlığı, BMT-nin Ümumdünya Turizm Təşkilatı və BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı ilə uzun müddətdir əməkdaşlıq edir: “Türk Şurası bu münasibətlərin və əməkdaşlığın dərinləşməsindən məmnuniyyət duyur”.

 





24.10.2019    çap et  çap et