525.Az

Bakıda Qoşulmama Hərəkatının gənclər sammiti


 

Bakıda Qoşulmama Hərəkatının gənclər sammiti <b style="color:red"></b>

Bakıda Qoşulmama Hərəkatının gənclər sammiti keçirilib.

APA-nın xəbərinə görə, Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov bildirib ki, 40-a yaxın gənc bir araya gələrək Qoşulmama Hərəkatına üzv dövlətlərin dövlət və hökumət başçılarının Bakı Sammitinin açılış sessiyasına öz tövsiyələrini təqdim edəcəklər.

Sammitdə bildirilib ki, bu gün Qoşulmama Hərəkatına üzv dövlətlərin gənclərindən ibarət yeni şəbəkə yaradılır.

Qoşulmama Hərəkatına üzv dövlətlərin gənclərindən ibarət yeni şəbəkənin yaradılmasına toxunan Gənclər və İdman naziri Azad Rəhimov bildirib ki, Azərbaycanda çox yüksək səviyyədə gənclər siyasəti həyata keçirilir.

Təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, Qoşulmama Hərəkatı qısa müddət ərzində beynəlxalq sülh, təhlükəsizlik və inkişafa dair məsələlərin müzakirə edildiyi mühüm beynəlxalq foruma çevrilib.

O qeyd edib ki, Qoşulmama Hərəkatına üzv dövlətlərinin vətəndaşları üçün nəzərdə tutulan 5 illik təqaüd proqramı çərçivəsində ümumilikdə 100 nəfərin Azərbaycanın ali təhsil müəssisələrində təhsil alması gözlənilir.

Tədbir çıxışlarla başa çatıb.

 





24.10.2019    çap et  çap et