525.Az

BMT Baş Assambleyasının prezidenti: “Azərbaycan BMT-də fəal rol oynayır”


 

BMT Baş Assambleyasının prezidenti: “Azərbaycan BMT-də fəal rol oynayır”<b style="color:red"></b>

Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində BMT-nin Baş Assambleyasının Prezidenti Tijjani Məhəmməd-Bande ilə görüşüb.

Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə BMT arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Milli səviyyədə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi barədə məlumat verən nazir Azərbaycanda həyata keçirilən iqtisadi və sosial təmayüllü islahatlar barədə danışıb.

E. Məmmədyarov Azərbaycanın dayanıqlı inkişaf üzrə 2030-cu il gündəliyinin icrasına tam sadiq olduğunu qeyd edib və Azərbaycan Cənub-Cənub istiqamətində əməkdaşlığın və iqtisadi inteqrasiyanın təşviq edilməsi və canlandırılması istiqamətində konkret və praktiki addımların atılmasına əhəmiyyət verdiyini ifadə edib.

Nazir, həmçinin Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı və Qrup 77 arasında əməkdaşlığın genişləndirilməsi imkanlarının nəzərdən keçiriləcəyini bildirib.

BMT-nin Baş Assambleyasının Prezidenti Tijjani Məhəmməd-Bande Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün mükəmməl səviyyədə təşkilinə, qonaqpərvərliyə və ev sahibliyi edilməsinə görə Azərbaycan hökumətinə təbriklərini ifadə edib. O, Azərbaycanın BMT çərçivəsində fəal rolunu vurğulayıb. Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinin icrası ilə bağlı ikinci könüllü milli hesabatını təqdim edildiyi məmnunluqla qeyd edilib.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran və BMT-nin gündəliyində duran məsələlər barəsində geniş fikir mübadiləsi aparıblar.

 





24.10.2019    çap et  çap et