525.Az

BMT rəsmisi: "Güc tətbiq etməklə dəyişdirilmiş sərhədləri tanımırıq"


 

BMT rəsmisi: "Güc tətbiq etməklə dəyişdirilmiş sərhədləri tanımırıq"<b style="color:red"></b>

“Birləşmiş Millətlər Təşkilatı (BMT) dövlətlərin ərazi bütövlüyünü və sərhədlərin toxunulmazlığını vacib hesab edir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan BMT-nin Baş Assambleyasının Prezidenti Tijjani Məhəmməd-Bande jurnalistlərə deyib.

O bildirib ki, BMT beynəlxalq hüququn formalaşmasına öz dəstəyini verərək dövlətlərin sərhədlərinin toxunulmazlığını vacib sayır və qətnamələrin qəbulu ilə bunu nümayiş etdirir.

“Dövlətlərin sərhədləri dəyişdirilməli deyil, toxunulmaz olaraq qalmalıdır. Biz razılaşma olmadan güc tətbiq etməklə dəyişdirilmiş sərhədləri tanımırıq. Baş Assambleyanın mövqeyi var və bu, dəyişməz olaraq qalır. Bir mexanizm olmalıdır ki, bu məsələlər həllini tapsın. BMT-nin rolu həmin mexanizmə yardım etmək olar. İki dövlət arasında danışıqlar aparılır. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyirik”, - deyə o vurğulayıb.

 





24.10.2019    çap et  çap et