525.Az

Rusiya XİN: "Qoşulmama Hərəkatının Bakı Sammiti vacib hadisədir"


 

Rusiya XİN: "Qoşulmama Hərəkatının Bakı Sammiti vacib hadisədir"<b style="color:red"></b>

“Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçiriləcək XVIII Zirvə Görüşü vacib hadisədir”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Xarici İşlər nazirinin müavini Sergey Verşinin "Vestnik Kavkaza"ya açıqlamasında deyib.

“Hesab edirik ki, Qoşulmama Hərəkatının Bakı sammiti vacib hadisədir. Biz bu sammitin qonaqlarıyıq. Sammitdə Rusiya nümayəndə heyəti iştirak edəcək. Eyni zamanda, sammitə BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarlo da qatılacaq. Sammitin gündəliyi böyük və ciddidir. Yekun bəyanat hazırlanır. Bildiyim qədər, Dağlıq Qarabağ münaqişəsi gündəlikdə yer alan məsələlərdən biridir”, - deyə S. Verşinin qeyd edib.

Xatırladaq ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü 25-26 oktyabr tarixlərində keçiriləcək.

 





24.10.2019    çap et  çap et