525.Az

“Qoşulmama Hərəkatının beynəlxalq münasibətlər sistemindəki rolunu gücləndirəcəyik”


 

“Qoşulmama Hərəkatının beynəlxalq münasibətlər sistemindəki rolunu gücləndirəcəyik”<b style="color:red"></b>

“Bu gün çoxtərəflilik heç vaxt olmadığı qədər vacibdir və bu dəyərli çərçivəni qorumaq bizim məsuliyyətimizdir”.

Xarici İşlər Nazirliyindən (XİN) APA-ya verilən məlumata görə, bu, Xarici İşlər naziri Elmar Məmmədyarovun Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII Zirvə toplantısının Nazirlərin Hazırlıq Toplantısında yekun nitqində əksini tapıb.

Nazir bildirib ki, Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından (BMT) sonra ikinci ən böyük beynəlxalq siyasi təşkilat olaraq, çoxtərəfli əməkdaşlığın əsas hərəkətverici qüvvələrindən biridir:

“Bu hörmətli Hərəkatın sədrliyini üzərimizə götürməkdən və onun qarşıdan gələn uğurlarına töhfəmizi verməkdən qürur duyuruq. İnanırıq ki, bu Zirvə və sədrliyimiz boyunca sizin dəstəyinizlə Hərəkatın beynəlxalq münasibətlər sistemindəki rolunu gücləndirə biləcəyik. Bundan əlavə, inanırıq ki, sədrliyimiz Qoşulmama Hərəkatının üzvü olmayanlarla əməkdaşlıq çərçivəsi qurmağa kömək edəcək”.

E. Məmmədyarov qeyd edib ki, Bakı Zirvəsinin tarixdə ən uğurlu zirvə görüşlərindən biri kimi həmişə yadda qalacaq.

 





24.10.2019    çap et  çap et