525.Az

“Xəzərin zəngin təbii resurslarından rasional şəkildə istifadə edilməlidir”


 

“Xəzərin zəngin təbii resurslarından rasional şəkildə istifadə edilməlidir”<b style="color:red"></b>

“Qoşulmama Hərəkatının Venesuela Sammitindən sonra dünyada ciddi proseslər baş verib”.

APA-nın xəbərinə görə, bunu bu gün Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşünün debat müzakirələrində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov deyib.

O bildirib ki, bu gün Qoşulmama Hərəkatına üzv ölkələr səylərini birləşdirərək əsas məqsədlərə doğru gedirlər və qlobal səviyyədə sülhün qorunması üçün çalışırlar: “Bu, əslində bizim məramımızı, atdığımızın addımların əsasını təşkil etməlidir. Biz qlobal qərarların qəbul edilməsində yaxından iştirak etməliyik. Türkmənistan inanır ki, bu dövrün hazırkı çətinliklərini, problemlərini aradan qaldırmaq üçün kifayət qədər bacarığımız var. Bununla bağlı Qoşulmama Hərəkatının üzərinə düşən rol xüsusidir. Atdığımız addımlar, qəbul etdiyimiz qərarlar bu gün də aktuallığını itirmir. Fəaliyyətimiz konkret məzmuna malik olan siyasətə əsaslanmalıdır”.

Q. Berdiməhəmmədov qeyd edib ki, Türkmənistan BMT Baş Məclisinin qəbul etdiyi qərarları tam qəbul edir: “Eyni zamanda Türkmənistan beynəlxalq aləmdə BMT-nin qlobal antiterror siyasətinin həyata keçirilməsini dəstəkləyir. Bu fəaliyyət dünyanın hər yerində aparılmalıdır. Qoşulmama Hərəkatına üzv ölkələrin bəziləri birbaşa terrordan əziyyət çəkən dövlətlərdir. Digər qlobal problem qaçqın problemidir. Əslində qaçqın məsələsi ilə bağlı müvafiq həll variantları təqdim edilməli və beynəlxalq ictimaiyyəti bu işdə daha fəal olmağa çağırmalıyıq. Son illər ərzində Türkmənistan 20 mindən artıq qaçqın və vətəndaşlığı olmayan insana vətəndaşlıq verib”.

Türkmənistan Prezidenti vurğulayıb ki, Hərəkatın digər vacib məsələsi qlobal iqtisadiyyatda iştirakla bağlıdır: “Əminik ki, ümumi mövqedən çıxış edərək Hərəkata üzv dövlətlər inkişafda olan ölkələrin legitim hüquqlarının müdafiəsinə qalxmalıdır. Xüsusilə də şəffaflığın olması, süni maneələrin aradan qaldırılmasına çalışmaq lazımdır. Biz məsuliyyətli formada iqtisadi gündəliyimizi təşviq etməliyik. Türkmənistan artıq illərdir ki, beynəlxalq enerji təhlükəsizliyi paktının yaradılması ilə bağlı ciddi addımlar atmaqdadır. Türkmənistan davamlı və sabit enerji tranzit imkanlarının beynəlxalq səviyyədə əməkdaşlığı ilə bağlı təklif hazırlayıb. Bu təkliflə BMT Baş Assambleyasının sessiyasında çıxış etməyi planlaşdırırıq. Qoşulmama Hərəkatına üzv dövlətləri də bunu icra etməyə çağırırıq. O cümlədən biz ərzaq təhlükəsizliyi istiqamətində də birgə işləməliyik”.

Türkmənistan dövlət başçısı deyib ki, Xəzər dənizinin zəngin təbii resurslarından rasional şəkildə istifadə edilməsinə çalışılmalıdır.

 

 





25.10.2019    çap et  çap et