525.Az

Riyaziyyat və Mexanika İnstitutunun 60 illik yubileyinə həsr olunmuş konfrans


 

Riyaziyyat və Mexanika İnstitutunun 60 illik yubileyinə həsr olunmuş konfrans <b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun (RMİ) 60 illik yubileyinə həsr olunan "Riyaziyyat və mexanikanın müasir problemləri" mövzusunda beynəlxalq konfrans keçirilib.

İnformasiya Texnologiyaları İnstitutunun akt zalında keçirilən tədbirdə ABŞ, Türkiyə, Rusiya, İran, Meksika və İsraildən alimlər iştirak ediblər.

Konfransı AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev açaraq institut əməkdaşlarını yubiley münasibətilə təbrik edib, tədbirin işinə uğurlar arzulayıb.

Sonra RMİ-nin direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxış edərək institutun tarixi, fəaliyyət istiqamətləri və əldə etdiyi nailiyyətlər haqqında ətraflı məlumat verib. Misir Mərdanov bldirib ki, Riyaziyyat və Mexanika İnstitutu 1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının Fizika və Riyaziyyat İnstitutunun riyaziyyat şöbəsinin əsasında yaradılıb. Alim institutun ilk direktoru olmuş akademik Zahid Xəlilovun Azərbaycanda funksional analiz məktəbinin yaranmasında və sonrakı inkişafında əvəzsiz xidmətləri olduğunu söyləyib. M.Mərdanov 50 illik fəaliyyəti dövründə RMİ-yə akademiklər - Zahid Xəlilov, İbrahim İbrahimov, Fərəməz Maqsudov, Akif Hacıyev, AMEA-nın müxbir üzvü İlham Məmmədov və professor Həşim Ağayevin rəhbərlik etdiyini diqqətə çatdırıb. O, ötən dövr ərzində institutda "Harmonik və qeyri-harmonik analiz", "Ridge funksiyalar və neyron şəbəkələrlə yaxınlaşmalar", "Diferensial tənliklərin spektral və keyfiyyət nəzəriyyəsi" və "Optimal idarəetmə nəzəriyyəsi və variasiya hesabı" üzrə mühüm elmi nəticələrin əldə olunduğunu deyib. Direktorun sözlərinə görə, hazırda institutda 213 nəfər çalışır. Onlardan 127-si elmi işçi, 47-si elmlər doktoru, 61-i fəlsəfə doktoru, 5-i AMEA-nın müxbir üzvü çalışır. Hazırda institutda 14 şöbə və 1 laboratoriya fəaliyyət göstərir:

M.Mərdanov 2013-2019-cu illər ərzində institut alimlərinin ümumilikdə 440 məqaləsinin "Web of Science" bazasına daxil olan jurnallarda dərc edildiyini bildirib, müəssisənin 60 illik yubileyinə həsr edilən kitabı qonaqlara təqdim edib: "Riyaziyyat və Mexanika İnstitutu ABŞ, Almaniya, Belorus, Çin Xalq Respublikası, Fransa, Gürcüstan, Hindistan, İngiltərə, İran, İtaliya, Qazaxıstan, Misir Ərəb Respublikası, Özbəkistan, Polşa, Rusiya Federasiyası, Türkiyə, Ukrayna, Yaponiya və Asiyanın digər ölkələrinin elmi tədqiqat müəssisələri ilə əməkdaşlıq edir. 60 il ərzində Riyaziyyat və Mexanika İnstitutu şərəfli bir yol keçmiş, ölkəmizdə riyaziyyat və mexanika elmlərinin inkişafı yolunda xüsusi rol oynamış, digər elmlərin inkişafına həlledici təsir göstərib".

Konfransda, həmçinin, akademiklər - Nazim Məmmədov, Telman Əliyev, Vaqif Abbasov, Fikrət Əliyev, Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Asəf Zamanov, Rusiya Elmlər Akademiyasının akademiki Yuriy Erşov, Türkiyənin Koç Universitetinin professoru Varqa Kələntərov və digərləri çıxış edərək təbriklərini səsləndirib, hədiyyələrini təqdim ediblər.

Tədbir öz işini plenar iclaslarla davam etdirib.

S.QARAYEVA

 





25.10.2019    çap et  çap et