525.Az

"Rohingyada yaşananlar dini deyil, siyasi problemdir"


 

"Rohingyada yaşananlar dini deyil, siyasi problemdir"<b style="color:red"></b>

"Bu gün dünya bir sıra çətinliklə üzləşir, xüsusilə də, neokolonializm elementlərinə dünyanın inkişaf etməkdə olan regionlarında təsadüf edilir. Terrorizm, iqlim dəyişikliyi, inhisarçılıq, yoxsulluq və aclıq ölkələri təhdid edir".

APA-nın xəbərinə görə, bu sözləri Qoşulmama Hərəkatının (QH) Bakıda keçirilən XVIII Zirvə Görüşündə çıxışı zaman Myanmarın Beynəlxalq Əməkdaşlıq naziri U Kyav Tin deyib.

U Kyav Tin qeyd edib ki, QH-nın fundamental prinsipləri qorunub saxlanmalı, hər bir üzv dövlətə bərabər münasibət göstərilməlidir: "Problemlər qarşılıqlı dialoq, hörmət əsasında həll olunmalıdır”.

Nazir deyib ki, Myanmarda sosial-iqtisadi göstəricilər yaxşılaşıb, azadlıqların təmin olunmasında irəliləyiş var. "Növbəti il üçün ölkə iqtisadiyyatında 6.6 faiz artım gözlənilir, xarici sərmayənin həcmi artıb. Demokratikləşmədə naliyyətlər əldə olunub, sülhün bərqərarı və inklüziv inkişaf üçün hökumətin yol xəritəsi və planları var. Dayanıqlı sülhün təmin olunması ölkəmizdə əsas məqsəddir”, - deyə nazir vurğulayıb.

O bildirib ki, Rohingyada yaşananların dini deyil, siyasi problem olduğunu deyib. Nazir qeyd edib ki, bu böhran nəticəsində 350 000 rohingyalı öz yerini tərk etməyə məcbur olub: “Bu məsələ ikitərəfli qaydada həllini tapmalıdır. Biz bu problemin dinc yolla həlli, qaçqınların repatriasiyası üçün Banqladeşlə danışıqlar aparırıq. Böhranın sülh yolu ilə həlli üçün beynəlxalq qurumlarla, regional tərəfdaşlarla əməkdaşlığa hazırıq. Rohingya böhranını bütün ölkəyə aid etmək doğru deyil, ölkəmizin digər regionlarında insanlar sülh şəraitində yaşayırlar”.

 

 





26.10.2019    çap et  çap et