525.Az

"Qoşulmama Hərəkatı müstəmləkə mədəniyyətini rədd edir"


 

"Qoşulmama Hərəkatı müstəmləkə mədəniyyətini rədd edir"<b style="color:red"></b>

"Qoşulmama Hərəkatı müstəmləkə mədəniyyətini rədd edir".

APA-nın xəbərinə görə, bu sözləri İordaniyanın Xarici İşlər naziri Ayman Safadi Qoşulmama Hərəkatının (QH) Bakıda keçirilən XVIII Zirvə Görüşündə çıxışı zamanı deyib.

A. Safadi Fələstin məsələsinə toxunaraq bildirib ki, İsrailin Fələstin torpaqlarını işğal etməsi beynəlxalq sülhə və təhlükəsizliyə zərbədir.

"İsraillilər və Ərəb dünyası dinc şəkildə, sülh içində yaşamaq istəyir, amma İsrail hökuməti buna məhəl qoymur. Beynəlxalq ictimaiyyət münaqişəyə son qoyulmasına çalışmalıdır", - deyə o bildirib.

"Sülhün açarı bizim əlimizdədir. Münaqişələrin siyasi həll variantları tapılmalıdır", - deyə nazir əlavə edib.

Suriya böhranına toxunan İordaniya XİN başçısı Suriya xalqının suverenliyinin saxlanılmasının vacibliyini vurğulayıb: "Biz Suriya xalqına yardım etməliyik, suriyalı qaçqınlara qapılarını açan ölkələr öz torpaqlarına qayıdanadək onların normal və şərəflə yaşamaları üçün şərait yaratmalıdır. Terrorizmlə mübarizədə Suriyaya kömək göstərməliyik. Bu ölkənin Yaxın Şərqdəki rolunu unutmamalıyıq. münaqişənin həlli istiqamətində daha effektiv, praktiki addımlar atılmalıdır. Suriya daxilində regional və beynəlxalq güclərin maraqları var və bəzi hallarda bu maraqların toqquşması Suriya xalqının rifahına mane olur".

O, Azərbaycanın QH-na sədrliyi dövründə böyük uğurların əldə olunacağına əminliyini ifadə edib. 

 





26.10.2019    çap et  çap et