525.Az

Millət vəkili beynəlxalq qurumlar haqqında danışdı


 

Millət vəkili beynəlxalq qurumlar haqqında danışdı<b style="color:red"></b>

Sahibə Qafarova: “Beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmləndirilməsi ölkəmizin xarici siyasət doktrinasında önəmli istiqamətlərdəndir”

“Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmləndirilməsi, rolunun artırılması, həmin təşkilatların tribunasından səmərəli istifadə edilməsi ölkəmizin xarici siyasət doktrinasında ən önəmli istiqamətlərdən biridir. Uzun illər ərzində formalaşdırılmış bu münasibətlər artıq konkret, praktik nəticələrə gətirib çıxarır”.

525.az xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin üzvü Sahibə Qafarova deyib. S.Qafarova bildirib ki, Azərbaycan dünyanın siyasi taleyini həll edən və bu kontekstdə çox vacib paya sahib olan qurumlarda ölkəmizinin taleyüklü məsələlərinin qaldırılmasına və onun həllinə nail olmaq üçün ciddi ideoloji iş aparır. Onun fikrincə, növbəti 5 ildə də bu iş davam etdiriləcək, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün praktik addımlar atılacaq:

“Avropa Şurası ilə münasibətlərə gəlincə, bu qurumla əməkdaşlıq ölkəmizdə demokratik islahatların daha da dərinləşməsi, demokratik təsisatların inkişaf etdirilməsi, Avropa dəyərlərinin möhkəmlənməsi, insan hüquqlarının daha effektiv şəkildə qorunması prosesinə yardım edib.

Azərbaycan Respublikası bu gün Avropa Şurası ilə ən müxtəlif sahələrdə qarşılıqlı-faydalı münasibətlər quraraq səmərəli əməkdaşlıq həyata keçirir”.

K.Həmzəoğlu

 





31.10.2013    çap et  çap et