525.Az

Rusiyadan ilk miqrant qrupu bu gün çıxarılır


 

Rusiyadan ilk miqrant qrupu bu gün çıxarılır<b style="color:red"></b> Rusiyanın paytaxtı Moskvadakı Birülevo rayonunda  miqrasiya qanunvericiliyini pozduqları üçün saxlanılmış əcnəbi vətəndaşların ilk qrupu oktyabrın 31-də öz ölkələrinə məcburi göndəriləcək. Lent.az-ın məlumatına görə, bu barədə “RİA Novosti”yə Məhkəmə Pristavları Federal Xidmətinin (FSSP) paytaxt idarəsinin mətbuat xidmətindən bildirilib.
 
“Bu gün 7 nəfər məhkəmənin qərarı ilə Rusiyadan çıxarılacaq. Bu işi FSSP-nin Moskva üzrə idarəsinin əməkdaşları həyata keçirəcəklər”.
 
Lakin həmin şəxslərin milliyyəti açıqlanmır.
 
Daha öncə Biryulevodakı mənzillərdən 2 mindən çox qeyri-leqal miqrantın çıxarıldığı xəbəri yayılıb.
 
Biryulevodakı məlum insidentdən sonra 86 qeyri-qanuni miqrant Rusiyadan kənarlaşdırılacaq.
 





31.10.2013    çap et  çap et