"Krokus" şirkətinin sahibi Araz Ağalarov "Fənərbaxça" rəhbərliyində yer alacağı ilə bağlı yayılan iddialara münasibət bildirib. Qol.Az-ın məlumatına görə, o, Rusiya mətbuatına müsahibəsində yayılan xəbərləri təkzib edib və İstanbul klubunun rəhbərliyində olmağı düşünmədiyini deyib.
- Sizin "Fənərbaxça"nı almağı düşündüyünüz barədə xəbərlər yayılıb. Bu doğrudurmu?
- Xeyr, bu yalan xəbərdir. Bu barədə heç düşünməmişəm.
- Bəs gözlənilmədən belə informasiyalar niyə yayılıb?
- Bunu şərh etmək çətindir.
- Ümumiyyətlə, siz xarici klub ala bilərsiniz?
- Almaq istəsəm, Rusiya klubu alacağam.
- Bəs bunu etmək fikrində deyilsiz ki?
- Mən futbolda Moskva "Dinamo"su və otüstü hokkeydə "Zorki"nin (Krasnoqorsk) sponsoruyam. Bunların öhdəsindən çətinliklə gəldiyim üçün nəsə almağı planlaşdırmıram.
çap et