525.Az

İŞİD liderinin yeri köməkçisinin sayəsində müəyyənləşdirilib


 

İŞİD liderinin yeri köməkçisinin sayəsində müəyyənləşdirilib<b style="color:red"></b>

İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin yeri onun əsas köməkçilərindən biri olan İsmayıl əl-Ətavinin sayəsində müəyyənləşdirilib.

APA-nın xəbərinə görə, bu barədə “Reuters” İraq xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

İsmayıl əl-Ətavi türkiyəli hərbçilər tərəfindən həbs edilib və o, təhlükəsizlik qüvvələrinə təhvil verilib.

“Əl-Ətavi özü də daxil olmaqla, bizə əl-Bağdadinin Suriyada görüşdüyü 5 nəfər kişi haqda, habelə onların görüş üçün istifadə etdikləri müxtəlif yerlər barəsində ətraflı məlumat verib”, - deyə İraq xüsusi xidmət orqanının əməkdaşı bildirib.

Bundan sonra peyk və dronların hesabına əl-Bağdadinin izləmək mümkün olub.

İsmayıl əl-Ətavi Əbubəkr əl-Bağdadinin 5 əsas köməkçisindən biri olub. O, 2006-cı ildə “əl-Qaidə” terror təşkilatına qoşulub, 2008-ci ildə ABŞ hərbçiləri tərəfindən həbs edilib. 4 il həbs həyatından sonra azadlığa çıxaraq İŞİD-ə qoşulub.

Qeyd edək ki, İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadi ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı öldürülüb.

 





28.10.2019    çap et  çap et