525.Az

Qızılgül Abdullayevanın XVII əsr Azərbaycan ədəbi dilinə həsr olunmuş 2 monoqrafiyası çap olundu


 

Qızılgül Abdullayevanın XVII əsr Azərbaycan ədəbi dilinə həsr olunmuş 2 monoqrafiyası çap olundu <b style="color:red"></b>

Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının dosenti Qızılgül Ağəli qızı Abdullayevanın iki monoqrafiyası ("XVII əsr Azərbaycan ədəbi dilinin fonetik və leksik norma demokratizmi", "XVII əsr Azərbaycan ədəbi dilinin qrammatik norma demokratizmi") çapdan çıxıb.

Hər iki monoqrafiyada dildaxili yeni proseslərin –diferensiasiya, sabitləşmə, demokratikləşmə proseslərinin başlanğıc mərhələsi olan XVII əsr Azərbaycan ədəbi dili normalarının tarixi təkamülü izlənilir. Birinci monoqrafiyada XVII əsr Azərbaycan ədəbi dilinin vokal və konsonant sistemi, eləcə də leksik-semantik mənzərəsi tarixi-müqayisəli təhlil yolu ilə araşdırılır.

Fonetik və leksik yarusların məkanında yer alan hadisə və qanunlara yeni rakusdan baxılır. Bu dövrü təmsil edən dil materiallarını izləməklə tarixi orfoqrafiyamızın – imlamızın, eləcə də bu dövr dilimizin fonetik prinsipləri üzə çıxarılır. O da müəyyənləşdirilir ki, xəlqiləşdirməni mayalandıran canlı danışıq dilinin güclü təsir gücünün nəticəsi olaraq XVII əsrdə klassik kitab dili öz ənənəvi çərçivəsindən çıxaraq dili xəlqiləşməyə doğru istiqamətləndirir, milliləşir. Yeni dildaxili proseslər leksik sistemdə demokratikləşmə adına öz təsirini əsirgəmir. Nəticə olaraq XVII əsr Azərbaycan ədəbi dilinin lüğət  tərkibi millilik baxımından yenidən təşkil olunur.

İkinci monoqrafiyada XVII əsr Azərbaycan ədəbi dilinin qrammatik normasında gedən demokratikləşməüzə çıxarılır. İzafətlərdə belə gedən demokratikləşmə, həmçinin qrammatik sistemdə qeydə alınan "oğuz və cağatay" dil faktları paralelliyində oğuz elementlərinin aparıcılığı və sabitliyi faktlaşdırılır.

Tədqiqat tarixi-müqayisəli araşdırma yolu ilə aparıldığından monoqrafiyalarda inteqrallıq və diferensiallıq öz müəyyənliyinə qovuşur. Məhz dilimizin bu tarixi mərhələsində nağıl, təhkiyə dili əruza yol açır. Dolğun dil materiallarına söykənən müəllif  tərəfindən XVII əsr həm də "xəlqiləşmənin yenidən təşkili" adlı dildaxili yeni prosesin getdiyi bir zaman kəsiyi, ümumxalq dilinin funksional imkanlarının genişləndiyi bir tarixi mərhələ kimi səciyyələndirilir. Araşdırma onu da ortya qoyur ki, XVII əsr diferensiasiya, demokratikləşmə, sabitləşmə və xəlqiləşmənin yenidən təşkili proseslərinin zirvə nöqtəsi sayılan XVIII əsrə bir hazırlıq işinə imza ataraq bir pay sahibinə çevrilir.

Ümumiyyətlə, XVII əsr Azərbaycan ədəbi dili normalarnın  bütün dil yarusları üzrə ilk dəfə olaraq tədqiqatacəlb olunması diliçiliyimiz üçün bir yenilikdir. İnanırıq ki, Qızılgül Abdullayevanın hər iki monoqrafiyası elmimizə öz töhfəsini verəcəkdir.Monoqrafiyaların müəllifiQızılgül Abdullayevanı ürəkdən təbrik edir və ona elmi fəalyyətində yeni-yeni uğurlar arzulayırıq.



 





28.10.2019    çap et  çap et