525.Az

Qəbələdə istismar müddəti başa çatmış mənzillərin sakinləri üçün bina tikiləcək


 

Qəbələdə istismar müddəti başa çatmış mənzillərin sakinləri üçün bina tikiləcək<b style="color:red"></b>

Prezident İlham Əliyev Qəbələ şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən, Qəbələ şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qəbələ Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.

 





28.10.2019    çap et  çap et