525.Az

Bələdiyyə seçkilərində iştirakla bağlı müraciət edən partiyalar bilindi


 

Bələdiyyə seçkilərində iştirakla bağlı müraciət edən partiyalar bilindi <b style="color:red"></b>

Azərbaycanda bu il keçiriləcək bələdiyyə seçkilərində iştirakla bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edən siyasi partiyaların adları açıqlanıb. 

APA-nın xəbərinə görə, bu barədə MSK-nın bu gün keçirilən iclasında bildirilib.

Qeyd edilib ki, bu günə qədər bələdiyyə seçkilərində iştirakla bağlı MSK-ya 3 siyasi partiya müraciət edib.

Bunlar Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Demokratik İslahatlar Partiyası və Böyük Quruluş Partiyasıdır.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 156 üzv seçiləcək.

Xatırladaq ki, Azərbaycanda sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.

 





28.10.2019    çap et  çap et