525.Az

MSK sədri: "Məğlub tərəf seçkilərlə bağlı narazılıq edir"


 

MSK sədri: "Məğlub tərəf seçkilərlə bağlı narazılıq edir"<b style="color:red"></b>

"Adətən, bələdiyyə seçkilərində iştirak edənlərin sayı çox olur".

APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri qeyd edib ki, məğlub tərəf seçkilərlə bağlı narazılıq edir:
 
”Təbii haldır ki, seçilməyən namizəd mütləq şəkildə narazılıq bildirəcək. Sivil ölkələrdə seçilməyən tərəf seçilən tərəfi təbrik edir, ona fəaliyyətində uğurlar arzulayır. Hesab edirəm ki, belə də olmalıdır. Biz Mərkəzi Seçki Komissiyası olaraq namizədlərin seçkilərdə iştirak üçün lazımi şərait yaradırıq, namizədlərin qeydə alınması üçün sənədlərin hazırlanmasında müvafiq tövsiyələr veririk”.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.

Xatırladaq ki, sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.

 





28.10.2019    çap et  çap et