525.Az

Pərvin Gözəlov Moskva Kremli muzeyində məruzə etdi - Fotolar


 

Pərvin Gözəlov Moskva Kremli muzeyində məruzə etdi - <b style="color:red">Fotolar</b>

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində «Moskva Kremlinin Dövlət Tarix-Mədəniyyət Muzey-Qoruğu”nda 2019-ci il 22-25 oktyabr tarixlərində keçirilən "Muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılan tarixi silahlar” adlı IV-cü Beynəlxalq elmi konfrans keçirilib.

Mötəbər və nüfuzlu tədbirlərdən hesab edilən elmi konfransda Rusiya və Avropa dövlətlərindən olan yüksək səviyyəli alimlərin elmi məruzələri dinlənilib. Elmi tədbirdə “QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq” İctimai Birliyinin İdarə Heyətinin üzvü, sədrin birinci müavini, İCOMAM Beynəlxalq Komitənin İdarə Heyyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru, bay­raq­şü­nas­lıq və he­ral­di­ka üz­rə mü­tə­xəs­sisi Pərvin Gözəlovun "Azərbaycanın, Şəki şəhərində ki, XVIII əsr Xan sarayının divar rəsmlərində hakimiyyət rəmzləri və silah təsvirləri” adlı elmi məruzəsi maraqla qarşılanıb.                                                                                                                            

P.Gözəlov məruzəsində qeyd edib ki, Azərbaycanda dövlətçilik ənələrinin inkişaf etdiyi və dərinləşdiyi bir vaxtda, tarixi hakimiyyət simvollarının öyrənilməsi tarix elminin aktual məsələrindən biridir.  Azərbaycan tarixində xususi yer tutan XVIII əsrin II yarısında müstəqil xanlıqlar formalaşmağa başlamış, bu xanlıqların hər biri öz dövlətçilik rəmzlərinə malik olmuşdular. XVIII-ci əsr Azərbaycan xanlıqlarının dövlət və döyüş bayraqlarının, həmçinin xanların hakimiyyət rəmzlərinin təsviri ilə bağlı mənbələr çox az və pərakəndə xarakter daşıyır. Belə mənbələrə yazılı (dövrün rəsmi sənədləri, həmçinin salnaməçi və səyyahların əsərləri), təsviri (dövrün abidələrində olan şəkil və rəsmlər) və muzey (müxtəlif  muzeylərdə qorunan bayraq və digər hakimiyyət rəmzləri) mənbələrini aid etmək olar. Bu baxımdan, Şəki xanlarının yay sarayının divar rəsmlərində rast gəlinən bayraq, şeşpər, silah təsvirlərinin və digər dövlətçilik rəmzlərinin öyrənilməsi olduqca aktualdır.                                                                                  

Məruzədə dünya abidələri siyahısına daxil edilmiş, YUNESKO tərəfindən qorunan, Şəki xanlarının yay sarayı Azərbaycanda ilk müstəqil  xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xanın dövründə 1761– 1762-ci illərdə istifadəyə verilməsi barədə məlumat verilmiş. XVIII əsr Azərbaycan memarlıqının incilərindən olan Saray eyni zamanda, dövlətçilik tariximizin öyrənilməsində, bu günümüzə kimi çatmış, XVIII əsrin yeqanə saray təsvirləri mənbə kimi istifadə olunur. Belə ki, burada təsvir olunan müxtəlif xarakterli səhnələr dövrün içtimai – siyasi, mədəni və hərbi xüsusiyyətlərini oyrənməyə imkan verir. Şəki xan sarayının ikinci mərtəbəsinin salonunda taxçanın birinci və ikinci yaruslarında haşiyə şəklində verilən döyüş və ov səhnələrindəki bayraqlar dövlətcilik tariximizin öyrənilməsində mənbə kimi xüsusi məna kəsb edir. Saray divar rəsmlərində 16 növ bayraq təsvir olunub. Təsvir olunmuş bayraqlar müxtəlif forma və rəngləri ilə seçilirlər. Rəsmlərdə təsvir edilən bayraqlar aşağıdakı hissələrdən ibarətdir: bayraqın parca hissəsi, ağacdan düzəldirmiş sap, sapın başına taxılmış metal ucluq. Döyüş səhnəsində əks olunmuş suvari və piyada bayraqdarların əlindəki bayraqların parça hissələrinin dördkünc, uzunsov ikidişli üçbucaq və üçkünc formalıdır.                              

Beynəlxalq tədbirin alimlərinə təqdim edilən Sarayın divar rəsmlərindən aydın olur ki, təsvir edilən  bayraqların forma müxtəlifliyi onların sahiblərinin hakimiyyət pilləkanının müxtəlif pillələrində dayanması ilə bağlı olmuşdur. Bayraqların saplarına taxılan ucluqların birinci növü xəmsə formalı  (açılmış insan əli), ikinci növü - süngü formalı və üçüncü növ – mürəkkəbdir. Mürəkkəb ucluq iki hisədən ibarətdir, alt hissəsi qoç başı və ya acılan zanbaq gülü formasındadır, üst hissəsi isə rombvari nizəni xatırladır. Bu tip bayraq ucluqlarına bir çox orta əsr müsəlma dövlətlərində rast qəlinir, bir neçə belə nümunə Milli Azərbaycan Tarihi Muzeyi kolleksiyasında saxlanılır.                                                                                                                             

Şəki xan sarayının divar rəsmlərində təsvir olunan bayraqların əsas rəngləri müxtəlifdir. Bayraqların parçası əsasən qırmızı, sarı, yaşıl rənglərdən və onların çalarlarından təsvir olunub. Təsvirlərdə zolağlı bayraqlar da var.                                                                                                    

Bu əlvan rənqlərə biz orta əsr Azərbaycan bayrqlarının təsvir edən miniatürlərdə də rast qəlirik. Fərq ondadır ki, orta əsr bayraqlararında parca hissə, demək olar ki, bütünlüklə ornamentlərlə bəzədilmişdir. XVIII əsr bayraqlarında isə, əksinə, ornament parçanın bir hissəsini tutur.                                                                                                                                                 
Şəki xan sarayının divar rəsmlərində təsvir olunan bayraqlar üzərində cürbəcür rəmz və işarələr göstərilib. Onlardan birində olan təsvir, qədim dövr türk tamğalarını xatırladır, burada bir-birlərinə birləşdirilmiş ucları sola baxan və ucları sağa baxan ayparalar göstərilib. 2-ci bayrağın parçasında xəmsə təsvir edilib, növbəti bayraqda ückünc uzunsov bayrağın üzərində nəbatı ornamentlər mövcuddur. Bir bayrağın üzərində əyritiyəli qılınc təsvir edilibdir. Üçkünc iki dişli uzunsov bayrağın mərkəzində şir və günəş təsvir olunmuşdur. Axırıncı bayraq üzərində, üçkünc ikidişli uzunsov bayrağın sapa  yaxın olan hissədə günəş təsvir olunub.                                               

Beləliklə, P.Gözəlovun təqdim etdiyi məruzə sübut edir ki, Şəki xan sarayının divar rəsmləri XVIII–XIX əsrin əvvəllərində mövcud olmuş Azərbaycan dövlətçilik rəmzlərinin öyrənilməsində vacib əhəmiyyət kəsb edir.                                                                                              

Elmi tədbir iştirakçıları üçün məruzəçi tərəfindən müvafiq fotoslaydlar təqdim olunub. Sonda mövzu ətrafında maraq doğuran suallar cavablandırılıb. Konfransın son günü təşkil edilmiş diskusiyada, alimlər elmi tədqiqatlarının nəticələri və elmi təcrübələri ətrafında geniş fikir mübadilləsi aparmışlar.                                                                                                                                  

Konfrans çərçivəsində elmi tədbirin iştirakçılarına Moskva Kremlinin muzeylərində və ərazisində yerləşən abidələrində ekskursiya təşkil edilmişdir. Həmçinin, Rusiya Federasiyasının Prezidentinin İqamətgahı barədə və üzərində dalğalanan Prezident ştandartı haqqında ətraflı məlumat təqdim edilmişdir.                                                               

 





29.10.2019    çap et  çap et