525.Az

Yeni İcra Məcəlləsi hazırlanıb


 

Yeni İcra Məcəlləsi hazırlanıb<b style="color:red"></b>

Azərbaycanda yeni İcra Məcəlləsi hazırlanıb.

Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, bununla bağlı nazirlikdə keçirilən dəyirmi masada bildirilib.

Dəyirmi masada məhkəmə qərarlarının icrası sahəsində hazırkı vəziyyət və yeniliklər, icra fəaliyyətini tənzimləyəcək İcra Məcəlləsinin işlənib hazırlandığı, "Elektron icra" informasiya sisteminin tətbiqi qeyd olunub, dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanının icrası ilə bağlı, həmçinin icra xidmətində iş həcminin kəskin artaraq bu ilin 9 ayında 776 mini ötməsi ilə əlaqədar məhkəmələrin və digər orqanların qərarlarının icrasının alternativ mexanizmləri, o cümlədən, icranın özəl qurumlara həvalə edilməsi ilə bağlı beynəlxalq praktikanın öyrənildiyi və pilot qaydada tətbiq ediləcəyi barədə məlumat verilib.

 





30.10.2019    çap et  çap et