525.Az

Azərbaycanda baş redaktora 10 il həbs


 

Azərbaycanda baş redaktora 10 il həbs<b style="color:red"></b>

Oktyabrın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində «Azadxeber.az» saytının baş redaktoru Nicat Əliyev və onun işi ilə bağlı təqsirləndirlən şəxslərin məhkəməsi keçirilib.

Bu barədə AzadlıqRadiosuna Nicat Əliyevin vəkili Anar Qasımlı məlumat verib: "Prokuror çıxışında Nicat Əliyevə, Elvin Nəsirova, Ceyhun Səfərliyə 10 il, Qorxmaz Camalova, Valeh Abdullayeva 9 il, Samir Hüseynova 8 il, Elimxan Hüseynova 7 il, Emin Tofidi ilə Əli Əliyevə 6 il, Səfər Məmnmədova isə 5 il iş istəyib”.

Nicat Əliyev mayın 20-də tutulub. O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ittiham olunur.

 Nicat Əliyev ifadəsində ona elan olunan ittihamı qəbul etməyib, bildirib ki, onu «Eurovision-2012» mahnı yarışması ərəfəsində cinsi azlıqların - gey paradın Azərbaycanda keçirilməsini pisləyən disklərlə görə həbs ediblər.

 





31.10.2013    çap et  çap et