525.Az

Səfirlik: "Ukraynada üç şəhid ailəsinə birdəfəlik ödəmələr həyata keçirilib"


 

Səfirlik: "Ukraynada üç şəhid ailəsinə birdəfəlik ödəmələr həyata keçirilib"<b style="color:red"></b>

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Xarkovda Azərbaycanın Milli Qəhrəmanı Ruslan Polovinkanın ailəsi ilə görüşüb.

Azərbaycanın Ukraynadakı səfirliyindən APA-ya verilən məlumata görə, səfir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilir.

Artıq fərmandan irəli gələn tələblərə müvafiq olaraq Ukraynada üç ailəyə birdəfəlik ödəmələr həyata keçirilib.

Milli Qəhrəmanın atası Aleksandr Polovinka göstərdikləri maddi və mənəvi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

 





31.10.2019    çap et  çap et