525.Az

Prezident İSESCO-nun baş direktorunu qəbul edib


 

Prezident İSESCO-nun baş direktorunu qəbul edib<b style="color:red"></b>

Prezident İlham Əliyev İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrini qəbul edib.

525.az-ın məlumatına görə, İSESCO-nun baş direktoru dövlət başçısını prezident seçkilərində uğurlu qələbəsi münasibətilə təbrik edib.

Görüşdə III Bakı Beynəlxalq Humanitar Forumu mədəni, humanitar və digər sahələrdə dünyada gedən proseslərin müzakirəsi üçün növbəti əlverişli fürsət kimi dəyərləndirilib.

Söhbət zamanı Azərbaycan ilə İSESCO arasında əməkdaşlığın yüksək səviyyədə olduğu və əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.

Dövlət başçısı həmçinin, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Azərbaycan-Niderland Dostluq Cəmiyyətinin sədri Rene Van der Lindeni, Serbiya və Latviyanın sabiq prezidentlərini də qəbul edib.

 





31.10.2013    çap et  çap et