525.Az

Sumqayıtın bəzi qəsəbələrində suyun verilməsi məhdudlaşdırılacaq


 

Sumqayıtın bəzi qəsəbələrində suyun verilməsi məhdudlaşdırılacaq<b style="color:red"></b>

Bu gün Sumqayıt şəhərinin bəzi qəsəbələri və yaşayış massivlərinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.

“Azərsu” ASC-dən “Report”a verilən məlumata görə, Sumqayıt Karbamid Zavoduna yeni dəmir yolunun çəkilməsi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsi səbəbindən 2019-cu ilin noyabrın 4-də Sumqayıt stansiyası, Müşfiqabad, Nübar, Çiçək, Hökməli qəsəbələri və ətraf yaşayış massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Su təchizatının axşam saatlarında bərpa edilməsi nəzərdə tutulur.

 





04.11.2019    çap et  çap et