525.Az

Bakıda yaşayış binasında partlayış baş verib


 

Bakıda yaşayış binasında partlayış baş verib<b style="color:red"></b>

Bakıda yaşayış binasında partlayış baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğınla nəticələnən partlayış paytaxtın Yasamal rayonunda 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 4 otaqlı mənzildə (mənzildə təmir işləri aparılır) baş verib. Nəticədə mənzilin dəhlizinin döşəməsi və təmirə aid olan materiallar 8 kv.m sahədə yanıb, mənzilin pəncərələri çərçivədən çıxıb.
 
Yanğın zamanı mənzildə usta işləyən vətəndaş əl nahiyəsindən yanıq xəsarətləri alıb və təcili yardım xidməti tərəfindən Yanıq Mərkəzinə aparılıb.
 
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 





01.11.2013    çap et  çap et