525.Az

Vəkil: “Orxan Zeynalov günahını qismən etiraf edib”


 

Vəkil: “Orxan Zeynalov günahını qismən etiraf edib”<b style="color:red"></b>

Yeqor Şerbakovun qətlində təqsirləndirilən Azərbaycan vətəndaşı Orxan Zeynalov günahını qismən etiraf edib.

 APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu onun vəkili Viktor Anikuşkin deyib.
 
Vəkil bildirib ki, müdafiəçisi olduğu şəxs bunu qətl saymır, sadəcə olaraq, O. Zeynalov özünü müdafiə etdiyini söyləyib: “Hər şey söz atmaqdan başlayıb, zərərçəkən Zeynalovu təhrik edib, bundan sonra o, Şerbakovu vurmağa başlayıb”. 
 
Xatırladaq ki, qətl hadisəsi oktyabrın 10-da Moskvanın Qərbi Biryulevo rayonunda baş verib.

 





01.11.2013    çap et  çap et