525.Az

Bakıda ər həyat yoldaşını boğaraq öldürüb


 

Bakıda ər həyat yoldaşını boğaraq öldürüb<b style="color:red"></b>

Bakıda dəhşətli qətl törədilib.

Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə noyabrın 3-də baş verib.
 
Xətai rayon sakini, 29 yaşlı Elmar Sərvər oğlu Səlimov qısqanclıq zəminində həyat yoldaşı, 26 yaşlı Leyla Ramiz qızı Səlimovanı boğaraq qətlə yetirib.
 
Hadisəni törədən E. Səlimov saxlanıb.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

 





04.11.2013    çap et  çap et