525.Az

Gələn il üçün ehtiyac meyarının məbləği məlum oldu


 

<b style="color:red">Gələn il üçün ehtiyac meyarının məbləği məlum oldu</b>

Azərbaycanda gələn il üçün ehtiyac meyarının məbləği məlum olub.

APA-nın məlumatına görə, bu, büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində nəzərdə tutulur.

Sənəd Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılaraq II oxunuşda qəbul edilib.

 





25.11.2019    çap et  çap et