525.Az

Haluk Bilginer Emmi Mükafatı qazandı


 

Haluk Bilginer Emmi Mükafatı qazandı <b style="color:red"></b>

Türk aktyor Haluk Bilginer Nyu-Yorkda təşkil olunmuş 47-ci Beynəlxalq Emmi Mükafatlarında ən yaxşı kişi aktyor seçilib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 21 ölkədən 11 kateqoriyada 44 namizədin yer aldığı siyahıda H. Bilginer “Şəxsiyyət” serialındakı Agah bəy rolu ilə namizəd göstərilib.

“Sevincliyəm. Özümdən çox Türkiyəyə bu mükafat getdiyi üçün  xoşbəxtəm. Sevərək və bəyənərək gördüyümüz bir işin beynəlxalq platformada da dəyərləndirilməsi və mükafatla taclandırılması insanı xoşbəxt edir,” – deyə aktyor bildirib.

H.Bilginer serialda altsheymer xəstəsi olan silsilə qətllər törətmiş şəxsi canlandırıb.

Qeyd edək ki, mərasimdə 2 xüsusi və 11 Emmi mükafatı təqdim olunub. Ən yaxşı qadın aktrisa mükafatını isə macar aktrisa Marina Gera qazanıb.

 





26.11.2019    çap et  çap et