525.Az

Albaniyada zəlzələ: 7 ölü, 300-dən çox yaralı - Yenilənib


 

Albaniyada zəlzələ: 7 ölü, 300-dən çox yaralı - <b style="color:red">Yenilənib </b>

Albaniyada baş verən zəlzələdə ölən və xəsarət alanların sayı artıb.

APA-nın Albaniyanın “Koha Jone” qəzetinə istinadən verdiyi xəbərə görə, ən son məlumatlara əsasən, zəlzələdə 7 nəfər ölüb, 325 nəfər xəsarət alıb.

Yaralılar Tirana və Duressdə yerləşən xəstəxanalara çatdırılıblar.

Tirana, Durres və Leja şəhərlərinin təhsil müəssisələrində dərslər təxirə salınıb.

*** 10:43

Albaniyada baş verən zəlzələdə 3 nəfər ölüb, 100-dən çox insan xəsarət alıb.

APA-nın xəbərinə görə, “Exit” xəbər portalı Durres şəhərinin yaxınlığında yerləşən bir neçə binanın dağıldığını yazır. Təkanlar paytaxt Tiranada da hiss olunub.

İtaliyanın “Sky TG24” telekanalı isə zəlzələnin İtaliyanın bir neçə cənub əyalətində də hiss edildiyini xəbər verir. Telekanalının məlumatına görə, Albaniyada xeyli insan dağıntılar altında qalıb.

Zəlzələ bu gün səhər saatlarında Albaniyanın Şicak şəhərinin 10 km şimal-qərbində, 10 km dərinlikdə baş verib. Zəlzələ maqnitudası 6.4 olub.

*** 09.43

Albaniyada 6,4 bal gücündə zəlzələ olub.

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, zəlzələnin episentri Albaniyanın paytaxtı Tirananın yaxınlığında yerləşir.

Artıq yüzlərlə şəxs xəstəxanaya müraciət edib, dağıntılar var. İnsan itkisi barədə məlumat verilmir.

 





26.11.2019    çap et  çap et