525.Az

Gəncədə 1-ci sinif şagirdi məktəbdə öldü - Yenilənib


 

Gəncədə 1-ci sinif şagirdi məktəbdə öldü - <b style="color:red">Yenilənib </b>

Məktəb direktoru 1-ci sinif şagirdinin ölümünə münasibət bildirib.

M.Ş. Vazeh adına 16 saylı tam orta məktəbin direktoru Elmira Yusifova APA-nın yerli bürosuna bildirib ki, dünyasını dəyişən şagird epilepsiya xəstəsi olub.

Bu gün səhər saatlarında şagirdin halı qəfildən pisləşib. Məktəbə təcili tibbi yardım çağırılıb.

X.Hətəmli xəstəxanaya aparılarkən yolda ölüb. 

***

Gəncədə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə 16 nömrəli tam orta məktəbdə qeydə alınıb.

Belə ki, məktəbin 1-ci sinif şagirdi, 2013-cü il təvəllüdlü Hətəmli Xədicə Rəhim qızının məktəbdə halı pisləşib və o yıxılıb.

Məktəbli hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 





26.11.2019    çap et  çap et