525.Az

Beşmərtəbəli binalar söküləcək?


 

Beşmərtəbəli binalar söküləcək? <b style="color:red"></b>

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Anar Quliyev beşmərtəbəli binaların sökülməsi və ya təmir olunması məsələsinə aydınlıq gətirib.

APA-nın məlumatına görə, A.Quliyev jurnalistlərə açıqlamasında bildirib ki, hazırda Bakının Baş Planı üzərində işlər gedir:

"Bu sənədin əsas mahiyyəti şəhərin zonalaşdırılması, ərazidən daha səmərəli istifadə etmək, şəhərin müəyyən hissələrində yeri gələndə məhdudiyyətlərin tətbiq olunması və yaxud da inkişaf üçün perspektivli olan ərazilərin müəyyən edilməsidir. Baş Plan və onun miqyası, konkret binalar, məhəllələr, küçələrin problemlərini həll etmir, onun miqyası daha yüksəkdir. Amma Baş Plan çərçivəsində inkişafı zəruri olan böyük ərazilər, 50, 100 hektarlıq və daha böyük ərazilər müəyyənləşdiriləcək. Həmin ərazilərdə gələcəkdə yeni tikinti layihələri həyata keçirilə bilər".

A.Quliyevin sözlərinə görə, beşmərtəbəli binaların sökülməsi Baş Plan formatında həll olunan məsələ deyil:

"Bu binaların vəziyyətindən asılı olaraq, hər biri ilə bağlı qərarlar müvafiq icra hakimiyyəti tərəfindən veriləcək".

 





28.11.2019    çap et  çap et