525.Az

Boliviya Evo Moralesi İnterpol xətti ilə axtarışa verib


 

Boliviya Evo Moralesi İnterpol xətti ilə axtarışa verib<b style="color:red"></b>

Boliviyanın sabiq prezidenti Evo Morales barəsində beynəlxalq axtarış elan olunub.

APA-nın CNN TÜRK-ə istinadən verdiyi xəbərə görə, bu barədə sabiq prezident Meksikada keçirdiyi mətbuat konfransında bildirib.

E. Morales qeyd edib ki, Boliviya hüquq-mühafizə orqanları onu İnterpol xətti ilə axtarışa verib.

Sabiq prezident barəsində səsləndirilən ittihamları qəbul etmədiyini vurğulayıb.

Xatırladaq ki, ölkədə baş verən etiraz aksiyalarına görə noyabrın 10-da Boliviya prezidenti Evo Morales istefa verdiyini açıqlayıb. Bundan sonra sabiq prezident ölkəni tərk edərək Meksikaya gedib.

 





28.11.2019    çap et  çap et