525.Az

Slovakiya səfirliyinin açılış mərasimi keçirildi


 

Slovakiya səfirliyinin açılış mərasimi keçirildi<b style="color:red"></b>

Bakıda Slovakiyanın Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimi keçirilib.

APA-nın xəbərinə görə, açılış mərasimində Slovakiyanın Xarici İşlər və Avropa məsələləri üzrə naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak, Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər şəxslər iştirak ediblər.

Azərbaycan və Slovakiyanın dövlət himnləri səsləndikdən sonra M. Layçak və R. Həsənov səfirliyin rəmzi açılışını bildirən lenti kəsiblər.

Qeyd edək ki, 2019-cu ilin 1 oktyabr tarixindən etibarən Slovakiyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.

 





28.11.2019    çap et  çap et