525.Az

“Vətənpərvər gənclərdən ibarət parlamentin formalaşması diqqətimizdə olacaq”


 

“Vətənpərvər gənclərdən ibarət parlamentin formalaşması diqqətimizdə olacaq”<b style="color:red"></b>

“Azərbaycanda müasir biliklərə yiyələnmiş, vətənpərvər gənclik formalaşıb. Bu gənc nəsil Azərbaycanın bundan sonrakı inkişafına daha böyük töhfələr vermək imkanına malikdir”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov bildirib.

Ə. Əhmədov deyib ki, növbəti parlament seçkilərində layiqli, vətənpərvər gənclərdən ibarət parlamentin formalaşması bizim diqqətimizdə olacaq:

“Biz istəyərdik ki, parlamentə seçilməyə layiq olanlar içərisində belə gənclərimiz çox olsun. İstəyərdik ki, YAP-da belə gəncləri irəli çəkək”.

 





28.11.2019    çap et  çap et