525.Az

YAP-ın növbədənkənar qurultayı keçiriləcəkmi?


 

YAP-ın növbədənkənar qurultayı keçiriləcəkmi? <b style="color:red"></b>

“İndiyə qədər keçirilən parlament seçkilərindən əvvəl YAP-ın qurultayının keçirilməsinə zərurət yaranmayıb”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında gözlənilən növbədənkənar parlament seçkiləri ərəfəsində Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayının keçirilib-keçirilməyəcəyi barədə sualı cavablandıran YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib.

Ə. Əhmədov deyib ki, namizədləri müəyyənləşdirmək üçün YAP-ın müvafiq qurumları var: “Biz istəyərdik ki, YAP parlamentdə daha çox deputatla təmsil olunsun. Maksimum səy göstərəcəyik ki, irəli sürdüyümüz namizədlər seçicilərin etimadını doğrultsun”.

 





28.11.2019    çap et  çap et