525.Az

Türkologiya sahəsində yeni kitab nəşr olunub


 

Türkologiya sahəsində yeni kitab nəşr olunub<b style="color:red"></b>

Filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovun “Birinci Türkoloji Qurultayın Qazaxıstan təmsilçiləri” adlı kitabı çapdan çıxıb.

Kitabın ilk səhifəsində Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı yer alıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin elmi redaktorluğu, Beynəlxalq Türk Akademiyası prezidentinin məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Füzuli Məcidlinin məsul redaktorluğu ilə çap olunan kitabda 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın məqsəd və məramından danışılır. Qurultayda müzakirə edilmiş bir sıra məsələlər, o cümlədən burada iştirak etmiş və sonradan repressiyaya məruz qalmış Qazaxıstan nümayəndələri haqqında avtobioqrafik məlumatlar əks olunub.

Əsərdə türkdilli xalqların, Azərbaycan-qazax ədəbi əlaqələrinin qırılmaz tellərlə bağlı olduğu ifadə edilir. Təqdirəlayiq haldır ki, materiallar həm də rus dilində təqdim olunur.

 

 





29.11.2019    çap et  çap et