525.Az

Tramp gözlənilmədən Əfqanıstana səfər edib


 

Tramp gözlənilmədən Əfqanıstana səfər edib<b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp Əfqanıstana gözlənilməz səfər edib. O, səfəri çərçivəsində Əfqanıstan prezidenti Əşrəf Qani ilə görüşüb.

APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, ABŞ lideri əfqan həmkarı ilə görüşdən sonra ölkədə yerləşən Amerika qoşunlarına baş çəkib. Ötən həftə D.Tramp Ə.Qani ilə telefonla əlaqə yaradıb və onu Vaşinqtona rəsmi səfərə dəvət edib. Liderlər, həmçinin “Taliban” hərəkatı ilə sülh əldə etmək üçün yeddi bəndlik bir planı müzakirə ediblər.

Həmin söhbət əsnasında Tramp 2016-cı ilin avqustunda Kabildəki Amerika Universitetində radikal “Taliban” hərəkatı tərəfindən əsir götürülmüş amerikalı və avstraliyalı professorların azad edilməsində göstərdiyi köməyə görə Qaniyə təşəkkür edib.

 





29.11.2019    çap et  çap et