525.Az

Fuad Ələsgərov və Natiq Əmirov Prezidentin köməkçiləri-şöbə müdirləri təyin ediliblər


 

Fuad Ələsgərov və Natiq Əmirov Prezidentin köməkçiləri-şöbə müdirləri təyin ediliblər <b style="color:red"></b>

Fuad Murtuz oğlu Ələsgərov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri təyin edilib.

"Report"un məlumatına görə, Prezident İlham Əliyev noyabrın 29-da bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Natiq Ərziman oğlu Əmirov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri təyin edilsin.

 





29.11.2019    çap et  çap et