525.Az

Prezidentin köməkçilərinin sayı artırılıb


 

Prezidentin köməkçilərinin sayı artırılıb<b style="color:red"></b>

Azərbaycan Prezidentinin köməkçilərinin sayı artırılıb.

APA-nın xəbərinə görə, bu, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni strukturunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamında əksini tapıb.

Yeni strukturda Azərbaycan Prezidentinin köməkçilərinin sayı 8-dən 9-a qaldırılıb. Müvafiq sərəncamlarla Cəmilə Abbasova, Anar Ələkbərov, Kərəm Həsənov, Zeynal Nağdəliyev, Məhərrəm Əliyev, Fuad Ələsgərov, Hikmət Hacıyev, Şahmar Mövsümov və Natiq Əmirov Azərbaycan Prezidentinin köməkçisi təyin ediliblər.

 





29.11.2019    çap et  çap et