525.Az

Braziliya səfiri AzTU-da


 

Braziliya səfiri AzTU-da <b style="color:red"></b>

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruzla görüşüb.

Rəhbərlik etdiyi universitet haqqında səfirə məlumat verən rektor AzTU-nun Braziliya ali məktəbləri ilə əməkdaşlıq edə biləcəyi sahələri qeyd edib.

Xüsusilə maşınqayırma ixtisası üzrə qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Dəvətə görə Vilayət Vəliyevə təşəkkür edən Braziliyanın Azərbaycandakı səfiri ölkəsinin aparıcı universitetlərinin gələcəkdə AzTU ilə əməkdaşlıq istiqamətində görüləcək bütün işləri öz üzərinə götürdüyünü bildirib. Hər iki universitet arasında əməkdaşlıq ideyasının Braziliya ali təhsil ocaqlarından gəldiyini xüsusi vurğulayıb. Səfir universitetlər arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin hər iki ölkədə elmin və təhsilin inkişafı üçün xüsusilə önəmli olacağını qeyd edib.

S.QARAYEVA

 





30.11.2019    çap et  çap et