525.Az

Yevda Abramovun oğlu: “Atamın vəfatı barədə məlumatlar yalandır”


 

Yevda Abramovun oğlu: “Atamın vəfatı barədə məlumatlar yalandır”<b style="color:red"></b>

Oğlu Sasson Abramov Mərkəzi Klinik Xəstəxanada müalicə alan atası, Milli Məclisin İnsan hüquqları Komitəsinin sədrinin müavini Yevda Abramovun vəfat etməsi barədə xəbərləri təkzib edib.

O, APA-ya bildirib ki, atası hazırda xəstəxananın reanimasiya şöbəsindədir, müalicəsi davam etdirilir:

“Vəziyyəti bir qədər gərginləşmişdi, hazırda reanimasiyadadır. Allaha şükür, vəziyyəti yavaş-yavaş stabilləşir”.

Mərkəzi Klinik Xəstəxanadan da APA-ya bildirilib ki, Y.Abramovun vəfat etməsi barədə məlumatlar əsassızdır.

 





04.12.2019    çap et  çap et