525.Az

İlham Əliyev Gürcüstanın yeni prezidentinin andiçmə mərasiminə dəvət olunub


 

İlham Əliyev Gürcüstanın yeni prezidentinin andiçmə mərasiminə dəvət olunub<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvilinin noyabrın 17-də keçiriləcək andiçmə mərasiminə dəvət olunub.

Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze APA-ya bildirib ki, Gürcüstan XİN-in müvafiq dəvət məktubu noyabrın 1-də Azərbaycan prezidentinə göndərilib.
 
Eyni zamanda Azərbaycanın baş naziri Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarov da inauqurasiya mərasiminə dəvət alıb.

 





07.11.2013    çap et  çap et