525.Az

Sabah hava küləkli olacaq


 

Sabah hava küləkli olacaq<b style="color:red"></b>

Noyabrın 8-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, səhər bəzi yerlərdə zəif  duman olacağı gözlənilir. Cənub-qərb küləyi  gündüz arabir güclənən şimal qərb küləyi ilə əvəz olunacaq.

Bu barədə 525.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.

Havanın temperaturunun gecə 10-15, günün birinci yarısında 20-25, axşama doğru isə 12-14 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Arabir güclənən Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 17-22, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

 





07.11.2013    çap et  çap et