525.Az

UNEC-dən “Nəsimi ili”nə növbəti töhfə


 

UNEC-dən “Nəsimi ili”nə növbəti töhfə <b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələrinin dahi şair və mütəfəkkir İmadəddin Nəsimiyə həsr olunan rəsm əsərləri “İçərişəhər” metrostansiyasının vestibülündə sərgilənib.

UNEC və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə keçirilən sərgidə Texnologiya və dizayn fakültəsinin tələbələrinin və UNEC Yaradıcılıq Mərkəzinin üzvlərinin Nəsiminin zəngin irsini əks etdirən 14 rəsm əsəri nümayiş etdirilib.

Layihə UNEC-in tələbələrinin yaradıcı potensialının geniş ictimaiyyətə çatdırılması və elmi-mədəni dəyərlərin təbliği məqsədilə  təşkil olunub. Dahi şair Nəsiminin həyat və yaradıcılığını əks etdirən rəsm əsərləri yerli sakinlərlə yanaşı, turistlərin də böyük marağına səbəb olub. Ziyarətçilərə Nəsiminin yaradıcılığı və əsərlərin mahiyyəti barədə ətraflı məlumat verilib.

Sərgi zamanı UNEC Yaradıcılıq Mərkəzinin üzvləri tərəfindən Nəsiminin qəzəllərinə bəstələnmiş muğam kompozisiyaları da səsləndirilib.

 





17.12.2019    çap et  çap et