525.Az

Pərviz Müşərrəf barəsində edam hökmü çıxarılıb


 

Pərviz Müşərrəf barəsində edam hökmü çıxarılıb<b style="color:red"></b>

Paytaxt İslamabadda keçirilmiş xüsusi məhkəmənin qərarı ilə Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf barəsində edam hökmü çıxarılıb.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin “Hürriyət” qəzeti məlumat yayıb.

Sabiq prezident vətənə xəyanətdə təqsirli bilinib.

Qeyd edək ki, 2007-ci ildə konstitusiyanı müvəqqəti dayandıraraq ölkədə fövqəladə hal elan etdiyi üçün P. Müşərrəfə qarşı vətənə xəyanət ittihamı irəli sürülüb.

Xatırladaq ki, o, Pakistanın 12-ci prezidentidir. General P. Müşərrəf 2001-2008-ci illərdə Pakistanın prezidenti olub.

 





17.12.2019    çap et  çap et