525.Az

Arvadının gözü qarşısında özünü bıçaqladı


 

Arvadının gözü qarşısında özünü bıçaqladı<b style="color:red"></b> Həyatdan bezən məcburi köçkün intihar edib.

Şirvan rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Zəngilan rayonundan məcburi köçkün düşmüş 1948-ci il təvəllüdlü Məlikov Surxay Aslan oğlu arvadının gözü qarşısında özünü bıçaqlayıb.

O, ağır vəziyyətdə xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Məlikov intihar etməzdən öncə həyatdan bezdiyini, daha yaşamaq istəmədiyini deyib.

Faktla bağlı cinayət işi başlanıb.
 





12.10.2012    çap et  çap et