525.Az

Ramiz Rövşənin doğum gününə


 

<b style="color:red">Ramiz Rövşənin doğum gününə</b>

Dekabrın 15-i Xalq şairi Ramiz Rövşənin doğum günüdür. Şairin 73 yaşı tamam olur.

O, 1946-cı ildə Bakının Əmircan kəndində anadan olub. Şeirləri dillər əzbəri olan şairin ssenariləri əsasında çox sayda bədii və sənədli film çəkilib, poeziya və nəsr əsərləri tərcümə edilərək ABŞ, Almaniya, Böyük Britaniya, Türkiyə, Fransa, Rusiya, Polşada, Bolqarıstan, İran və digər ölkələrdə çap olunub. Ramiz Rövşən Azərbaycanda və ümumən Türk dünyasında zəmanəmizin ən böyük söz adamlarından biri kimi qiymətləndirilir.

"525-ci qəzet", ənənəsinə sadiq qalaraq, şairi yeni yaşı münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzulayır. Bu təbrikə Ramiz Rövşən poeziyasının ən yeni pərəstişkarları - onun şeirlərinin balaca ifaçıları Nihan və İpək də qoşulurlar.

 





15.12.2019    çap et  çap et