525.Az

Bu il 2 mindən çox minik avtomobili istehsal olunub


 

Bu il 2 mindən çox minik avtomobili istehsal olunub<b style="color:red"></b>

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 2 072 ədəd minik avtomobili istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövrü ərzində Azərbaycanda traktor istehsalı 26,1% azalaraq 901 ədəd təşkil edib.

Məlumata əsasən, bu ilin 11 ayında ölkədə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 299,5 mln. manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 5,2% artıb, sair nəqliyyat vasitələrinin istehsalı 10%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 24,3% azalıb.

 





18.12.2019    çap et  çap et