525.Az

Natia Turnava: "Azərbaycan əsas qaz təchizatçımız olaraq qalır"


 

Natia Turnava: "Azərbaycan əsas qaz təchizatçımız olaraq qalır"<b style="color:red"></b>

"Azərbaycan hələ də Gürcüstanın əsas təbii qaz təchizatçısı olaraq qalır".

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Gürcüstanın illik təbii qaz tələbatı 2,6 mlrd. kubmetrdir, bunun da 95%-i Azərbaycanın payına düşür:

"Bizim əsas qaz təchizatçımız hələ də Azərbaycandır. İlkin hesablamalara görə, bazar tələbatımız bu il 2,6 mlrd. kubmetr olacaq ki, bunun da 95%-ni Azərbaycan təmin edəcək. Rusiyadan idxal edilən qazın həcmi 160 mln. kubmetr təşkil edib ki, bu da ümumi idxalın cəmi 5%-nə bərabər olub. Bu həcmin gələn il artacağını düşünmürəm".

 





18.12.2019    çap et  çap et